Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 15:08
Bakı. Trend:
Sosial şəbəkələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının türkiyəli əlaqələndirici zabit 1-ci dərəcəli kapitan Eren Günayın guya Azərbaycan HDQ-nin qərargahına buraxılmaması və xidməti maşınına icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır.
Bunu Trend-ə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.
O bildirib ki, 1-ci dərəcəli kapitan E.Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk:
"Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir".