Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli zabit Azərbaycanda hərbi qərargaha buraxılmayıb? - Rəsmi cavab

Türkiyəli zabit Azərbaycanda hərbi qərargaha buraxılmayıb? - Rəsmi cavab

Tarix: 19 Sentyabr 2020 15:36

Sosial şəbəkələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının türkiyəli əlaqələndirici zabiti, 1-ci dərəcəli kapitan Eren Günayın guya Azərbaycan HDQ-nin qərargahına buraxılmaması və xidməti maşınına icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.

O bildirib ki, 1-ci dərəcəli kapitan E.Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk:

"Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir".


Etiketlər:  Türkiyəli zabit Azərbaycanda hərbi qərargaha buraxılmayıb Rəsmi cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ