Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2020 07:48
Bakı. Trend:
Qazaxıstanda ötən sutka ərzində 63 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Aşkarlanan yeni yoluxma halları Nur Sultan (7), Almatı (2), Çimkənd (2) şəhərlərində, Akmolinsk (2), Aktyubinsk (1), Atırau (7), Şərqi-Qazaxıstan (24), Jambıl (1), Qərbi-Qazaxıstan (2), Karaqanda (5), Kostanay (2), Qızılorda (1), Pavlodar (2), Şimali-Qazaxıstan (4), Türküstan (1) vilayətlərində qeydə alınıb.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 262 nəfərə çatıb.