Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 08:36
Bakı. Trend:
Qazaxıstanda ötən sutka ərzində 67 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Trend-in məlumatına görə, aşkarlanan yeni yoluxma halları Nur Sultan (5), Almatı (4) və Şımkent (1) şəhərlərində, Akmolinsk (2), Atırau (2), Şərqi-Qazaxıstan (30), Jambıl (3), Qərbi-Qazaxıstan (3), Karaqanda (4), Kostanay (3), Qızılorda (2), Maqnistausk (1), Şimali-Qazaxıstan (4), Türküstan (1) vilayətlərində qeydə alınıb.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 374 nəfərə çatıb.