Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 13:05
Xalq artisti Faiq Ağayev sənət adamlarının sosial şəbəkələrdə yazılan tənqidlərə, iradlara münasibət bildirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni vətənpərvərlik mövzularında sənət adamlarının paylaşım etməməsini tənqid edən bir statusa əsəbiləşib. O bildirib ki, bu cür statuslar incəsənət adamlarına qarşı nifrət oyadır:
"Yazdığınız "linç" təhrik və ədalətsizlikdir. Bax, məmurların, jurnalistlərin, həkimlərin, müəllimlərin, sadə vətəndaşların səhifələrinə - eyni hal deyilmi? Bəsdir, incəsənət xadimlərində xal topladız. Etmisiz sənət admlarını xalq düşməni, Vətən xaini. Kimlərəsə konkret iradın varsa, adlarını yaz, ictimai qınağa start ver. Amma belə ümumiləşdirmək - açıq-aydın xalqına yalan satmaqdır. Təhlükəli və ziyanlı hərəkətdir. Başqa heç nə. Yüzlərlə incəsənət sahəsinə aidiyyatı olmayan kəslər kef və məişət məzmunlu fotolar paylaşır. Amma sən bunları görməzdən keçirsən. İzləyicilərini nifrət hədəfi kimi sənət adamlarına yönləndirirsən".