Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

41 azərbaycanlı zəvvarın olduğu avtobus Ərdəbildə qəzaya düşüb

41 azərbaycanlı zəvvarın olduğu avtobus Ərdəbildə qəzaya düşüb

Tarix: 1 Iyul 2019 14:40

Bakı. Trend:

İyunun 29-da Azərbaycandan İranın Məşhəd və Qum şəhərinə ziyarətə gedən 41 nəfər sərnişinin-zəvvarın olduğu İran daşıyıcısına məxsus 11E771-10 dövlət qeydiyyat nişanlı avtobusda Ərdəbil vilayətində texniki nasazlıq səbəbindən yanğın baş verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumatda bildirilir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb:

"Qeyd edək ki, zəvvarları daşıyan avtobus nəzarətdə olmayan, aidiyyəti dövlət qururmlarında reysqabağı texniki müayinədən keçməyən, beynəlxalq marşrut üzrə sərnişindaşımada iştirakı razılaşdırılmayan, birdəfəlik səfər üçün Azərbaycandan İrana qanunsuz sərnişin daşıyan daşıyıcıya məxsusdur. Məhz Məşhəd istiqamətində zəvvarlarımızı daşıyan bu cür qanunsuz xarici daşıyıcıların olduğunu nəzərə alaraq hazırda Azərbaycan və İran tərəfinin aidiyyəti qurumları tərəfindən Bakı-Məşhəd müntəzəm beynəlxalq avtobus marşrutlarının açılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu müddət ərzində sərnişinlərimizdən ricamız odur ki, bu şəkildə həyatlarını təhlükəyə atmaq əvəzinə, İran istiqamətində mövcud alternativ qanuni daşımalarımızdan istifadə etsinlər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  azərbaycanlı zəvvarın olduğu avtobus Ərdəbildə qəzaya düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ