Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Senatının Komitəsi Deytonun Ukrayndakı səfir vəzifəsinə namizədliyini təsdiqlədi

ABŞ Senatının Komitəsi Deytonun Ukrayndakı səfir vəzifəsinə namizədliyini təsdiqlədi

Tarix: 23 Sentyabr 2020 04:20

Bakı. Trend:

ABŞ Senatının Xarici İşlər Komitəsi istefada olan general-leytenant Kit Deytonun ABŞ-ın Ukraynadakı səfiri vəzifəsinə namizədliyini dəstəkləyib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Xarici İşlər Komitəsinin rəhbəri Cim Riş deyib.

C.Riş bildirib: "Komitənin bu gün səhər 15 namizədi qəbul etməsindən və Senata səs verilməsi üçün Yaponiyada və Ukraynadakı səfir vəzifələrinə namizədlərin nominasiyasını göndərməkdən məmnunam. Bu vəzifələr ABŞ-ın xarici siyasətinin formalaşmasında mühüm rol oynayır".

Qeyd edək ki, bundan sonra K.Deytonun namizədliyini Konqresin yuxarı palatasının bütün tərkibi təsdiqləməlidir.


Etiketlər:  ABŞ Senatının Komitəsi Deytonun Ukrayndakı səfir vəzifəsinə namizədliyini təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ