Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 16:20
Bakı. Elnur Bağışov - Trend:
İranın paytaxtı Tehranda mülkiyyət hüququ qurumlardan birinə aid olan 11 məktəbin bağlanması ilə 8 min məktəblinin taleyi naməlum qalacaq.
Trend-in məlumatına görə, bunu İranın Tehran Şəhər Təlim-Təhsil İdarəsinin baş direktorunun müşaviri Məsud Seqəfi deyib.
M.Seqəfinin sözlərinə görə, Tehran şəhərində 11 məktəbin ərazisinin mülkiyyət hüququna sahib qurumlardan biri bu məktəblərin bağlanmasına qərar verib.
Tehranda 4 mindən çox məktəbin fəaliyyət göstərdiyini deyən Seqəfi əlavə edib ki, hazırda 47 məktəb fiziki, 23 məktəb isə hüquqi mülkiyyətdir:
“Mülklərin satışı və kirayəsi ilə bağlı qiymətlərin artması bəzi fiziki mülk sahiblərinin təlim-təhsil idarəsinə təzyiqini həddindən artıq çoxaldıb. Nəticədə, hüquqi şəxslərin də təzyiqləri artıb”.
Seqəfi təzyiqlərin artdığı halda, 11 məktəbi ləğv etməkdən başqa çarənin qalmadığını deyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin