Azərbaycan Premyer Liqasının 26-cı turunda evdə “Sumqayıt”ı qəbul edəcək “Neftçi” oyuna ciddi itki ilə çıxacaq.
Qol.az xəbər verir ki, “ağ-qaralar”ın müdafiəçisi Mamadu Mbodj görüşü buraxacaq. Seneqallı futbolçu son turda “Sabah”la matçda sarı vərəqə limitini doldurğu üçün cəzalı duruma düşüb.
Qeyd edək ki, aprelin 27-də keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu saat 19:00-da başlayacaq.