Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal'' İngiltərə Liqa Kubokunun 1/8 finalına çıxdı

''Arsenal'' İngiltərə Liqa Kubokunun 1/8 finalına çıxdı

Tarix: 24 Sentyabr 2020 07:16

Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun 1/16 finalında "Lester"i 2:0 hesabı ilə məğlub etdi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, görüş "King Power" stadionunda keçirilib.

57-ci dəqiqədə "Lester"in müdafiəçisi Kristian Fuks öz qapısına avtoqol keçirib, digər qolu "Arsenal"ın hücumçusu Edvard Ntekia (90) vurub.

Turnirin 1/16 final mərhələsinin digərmatçında "Çelsi" 6:0 hesabı ilə ölkənin ikinci güclü divizionunda çıxış edən "Barnsli"ni məğlub etdi.

Liqa Kubokunun 1/8 finalına həmçinin "Bernli", "Brayton", "Stok Sity", "Fulxem", "Everton" və "Nyukasl" komandaları keçid qazanıb.

İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir. Turnirin hazırkı qalibi "Mançester Siti"dir, kubok sahibliyi üzrə rekordu isə "Liverpul" saxlayır (8). "Arsenal" bu kuboku iki dəfə qazanıb, komanda altı dəfə finala yüksəlib.


Etiketlər:  Arsenal İngiltərə Liqa Kubokunun finalına çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ