Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada rəqəmsal texnologiyaların inkişafı üçün 130 milyon dollara yaxın məbləğ ayırıla bilər

Yaponiyada rəqəmsal texnologiyaların inkişafı üçün 130 milyon dollara yaxın məbləğ ayırıla bilər

Tarix: 25 Sentyabr 2020 07:00

Bakı. Trend:

Yaponiya hakimiyyəti 2021 maliyyə ilində (1 aprel 2021-ci ildən başlayacaq) ölkədə rəqəmsal texnologiyaların inkişafı üçün təqribən 13,9 milyard yen (130 milyon dollar) ayırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "Sankei" qəzeti bildirib.

Bildirilib ki, bu məbləğin bir hissəsi bir sıra yerli hökumət xidmətlərini onlayn rejimə keçirmək üçün istifadə olunacaq.

Bundan əlavə, ölkə hakimiyyəti arxiv və vergi məlumat bazalarının təhlilində istifadə olunan süni intellektin işini yaxşılaşdırmaq üçün işçi qrupu yaratmağı planlaşdırırlar.


Etiketlər:  Yaponiyada rəqəmsal texnologiyaların inkişafı üçün milyon dollara yaxın məbləğ ayırıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ