Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 17:12
Bakı. İlhamə İsabalayeva – Trend:
Koronavirusa yoluxma statistikasında kəskin artım baş verərsə və bu, idarəolunmaz səviyyəyə gəlib çatarsa, obyektlərin fəaliyyəti ilə müəyyən məhdudlaşdırma tədbirlərinin keçirilməsi gözlənilə bilər.
Trend-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov pandemiya ilə əlaqədar sahibkarların mövcud təlimatlara əməl etməyəcəyi halda, ictimai işaə obyektlərinin bağlana bilməsi ilə bağlı fikrə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bütün dünya ölkələri kimi Azərbaycan da pandemiya ilə mübarizədə yeni təcrübələr əldə edir. Yeni təcrübələr imkan verir ki, məsələ daha az məhdudlaşmaya getməklə tənzimlənsin: “Hazırda əsas məsələ fiziki məsafənin qorunması, fərdi gigiyena qaydalarına əməl edilmə, tibbi maskadan istifadə edilmədir: “Bu məsələnin böyük bir hissəsini həll edir. Bunlara əməl edilsə, yoluxma sayı da azala bilər. Amma sözsüz ki, bu məsələ ilə bağlı əsas qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verilir”.