Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb (VİDEO) (ƏLAVƏ OLUNUB 3)

Ukraynada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb (VİDEO) (ƏLAVƏ OLUNUB 3)

Tarix: 26 Sentyabr 2020 01:25

Bakı. Trend:

Ukraynanın Xarkov vilayətində göyərtəsində kursantların olduğu "An-26" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 27 nəfər olub, qəza nəticəsində onlardan 25-i ölüb, 2-si isə yaralanıb.

XXX

00:27

Ukraynanın Xarkov vilayətində göyərtəsində kursantların olduğu "An-26" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının mətbuar xidmətindən bildiriblər.

Məlumata əsasən, təyyarənin göyərtəsində 28 nəfər olub. Qəza nəticəsində 22 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, daha 4 nəfərin axtarışları davam etdirilir.

XXX

23:29

Ukraynanın Xarkov vilayətində göyərtəsində kursantların olduğu "An-26" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının mətbuar xidmətindən bildiriblər.

Məlumata əsasən, təyyarənin göyərtəsində 18 kursant və 5 heyət üzvü olub. Qəza nəticəsində 20 nəfər həlak olub.

Fövqəladə Hallar üzrə Dövlət Xidməti, öz növbəsində, 22 nəfərin öldüyünü açıqlayıb.

XXX

22:52

Ukraynanın Xarkov vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində ölənlər və yaralananlar var. Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı hadisəni təsdiqləyib.

Bildirilir ki, "An-26" hərbi nəqliyyat təyyarəsinin göyərtəsində kursantlar olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.


Etiketlər:  Ukraynada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb VİDEO ƏLAVƏ OLUNUB


RƏYLƏR