Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı müzakirə edilib

Azərbaycandan Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı müzakirə edilib

Tarix: 26 Sentyabr 2020 11:40

Bakı. Trend:

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburqa səfər edib və səfər çərçivəsində qubernator Aleksandr Beqlovla görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə başlıca olaraq Azərbaycan Respublikasının cari ilin 12-14 noyabr tarixlərində keçirələcək IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirakına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Məlum olduğu kimi, Azərbaycan bu ilki forumda “qonaq ölkə” xüsusi statusu ilə iştirak edəcək.

Həmçinin humanitar-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, ölkəmizdən Sankt-Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Etiketlər:  Azərbaycandan Sankt Peterburqa kənd təsərrüfatı məhsullarının ixracı müzakirə edilib


RƏYLƏR