Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu yalan informasiyalar ölkəmizin imicinə mənfi təsir etməyə hesablanıb''

''Bu yalan informasiyalar ölkəmizin imicinə mənfi təsir etməyə hesablanıb''

Tarix: 26 Sentyabr 2020 12:30

Son dövlər Ermənistan təkcə cəbhə xəttində törətdikləri təxribatlarla kifayətlənmir. Həm də başdan-ayağa yalanla dolu məlumatlar, dezinformasiyalar yayır. Burada məqsəd Azərbaycanı və şanlı ordumuzu ləkələməkdir.

Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, ermənilər öz gördükləri işləri Azərbaycan tərəfinin üzərinə yıxmaq planını icra edirlər:

"Ermənilər davamlı şəkildə Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə dezinformasiya yayırlar. Bu, Ermənistan tərəfindən çoxdan işlənilmiş taktikadır və uzun illərdir ki, davam etdirilir. Öz gördükləri işləri Azərbaycan tərəfinin üzərində yıxmaq planını icra edirlər. Digər tərəfdən, son aylarda ASALA-nın və PKK-nın xüsusi təlim keçmiş terrorçularını Azərbaycan torpaqlarına gətirən ermənilərin marşrutu da faktlarla təsdiqini tapıb. Ermənistanın xüsusi xidmət orqanları Suriya və Livanda yaşayan ermənilərin Dağlıq Qarabağa, habelə işğal altında olan digər Azərbaycan ərazilərinə köçürülməsini indi də davam etdirirlər. Sərhəddə gərginliklər zamanı da informasiya sahəsində bəzi qarşıdurmalar yaratmağa cəhdlər olundu. Xüsusilə vurğulanmalıdır ki, onların iddiaları ağ yalandan ibarətdir, Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi güdür".

İ.Hüseynov onu da qeyd edib ki, Ermənistan mətbuatında heç bir məntiqə sığmayan, şüurlu cəmiyyətə, xalqa, dövlətə yaraşmayan açıqlamalar yer alır:

"Azərbaycanın bu gün çox güclü ordusu var. Azərbaycanda ildə dörd dəfə çağırış keçirilir və peşəkar ordu formalaşdırılır. Ordunun şəxsi heyəti olduqca peşəkardır, resurslar, texnikalar kifayət qədərdir. Belə bir şəraitdə muzdlu döyüşçülərə ehtiyac minimum səviyyəsindədir.

Bəzən Ermənistan mətbuatında heç bir məntiqə sığmayan məlumatlarla rastlaşırıq. Şüurlu cəmiyyətə, xalqa, dövlətə yaraşmayan açıqlamalara şahidlik edirik. Azərbaycan illərdir ki, bu tipli təxribatlara dözür, beynəlxalq hüquq normalarına əməl edir. Lakin beynəlxalq vasitəçilər məsələyə obyektiv yanaşmırlar. Ermənistanın hərbi-siyasi rəhbərliyi səviyyəsində yalan informasiyanın yayılması ölkəmizin imicinə mənfi təsir etməyə hesablanıb".

Qeyd edək ki, türkiyəli araşdırmaçı jurnalist Levent Kemal da ermənilərin bu iddialarının ağ yalan olduğunu və Azərbaycanın nüfuzuna xələl gətirmək məqsədi güddüyünü bildirib.

Təhməz Əsədov


Etiketlər:  yalan informasiyalar ölkəmizin imicinə mənfi təsir etməyə hesablanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ