Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Ukraynaya başsağlığı verib

Ceyhun Bayramov Ukraynaya başsağlığı verib

Tarix: 26 Sentyabr 2020 14:06

Xarici işlər naziri Ceyhun Bayramov Ukraynada hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib: "Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar dərindən təəssüflənirik. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik. Yaralılara tezliklə sağalmalarını arzulayırıq. Ukraya hökumətinə və xalqına dəstək və həmrəyliyimizi ifadə edirik".

Xatırladaq ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.


Etiketlər:  Ceyhun Bayramov Ukraynaya başsağlığı verib


RƏYLƏR