Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2020 14:26
Bakı. Ləman Zeynalova - Trend:
Hər bir regional münaqişə özündə qlobal kontekst və fəsadlar daşıyır.
Bunu Trend-ə Çexiyanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yan Fişer deyib.
O bildirib ki, beynəlxalq ictimaiyyətin qarşısında ciddi çağırışlar və öhdəliklər dayanır, Dağlıq Qarabağ ətrafındakı vəziyyətin gərginliyini azaltmaq və münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün vasitələrdən istifadə etmək:
“Mən Dağlıq Qarabağdan gələn məlumatları narahatlıqla izləyirəm. Dinc sakinlər arasında qurbanlar barədə məlumat məni kədərləndirir”.