Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı deputat: Sanksiyalar Ermənistanı Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər

Ukraynalı deputat: Sanksiyalar Ermənistanı Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər

Tarix: 28 Sentyabr 2020 16:24

Bakı. Nərgiz Sadıxova - Trend:

Bəzi ölkələrin liderləri özlərini “böyük imperator” və “torpaq toplayıcısı” zənn edir.

Bunu Trend-ə ukraynalı deputat Vladimir Kreydenko deyib.

O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul olunmasından təxminən 30 il keçib, amma bu sənədlər icra olunmur:

“Münaqişənin eskalasiyası və Azərbaycan ərazilərinin işğalı davam edir. Yaranmış vəziyyətdə Ukrayna Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tam dəstəkləyir”.

Ermənistana qarşı sanksiyaların tətbiqi imkanlarını şərh edərkən deputat bu fikri dəstəklədiyini bildirib:

“Sanksiyaların tətbiq olunması Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər”.


Etiketlər:  Ukraynalı deputat Sanksiyalar Ermənistanı Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ