Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Dağlıq Qarabağla bağlı bəyanat yayıb

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Dağlıq Qarabağla bağlı bəyanat yayıb

Tarix: 29 Sentyabr 2020 16:06

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçele Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xətti boyu hərbi əməliyyatların bərpasından narahatlığını bildirib və döyüşləri dərhal dayandırmağa çağırıb.

Trend-in məlumatına görə, onun bəyanatında deyilir: “Mülki şəxslər arasında ölən və yaralıların olması, eləcə də vətəndaşların mülkiyyətinə və infrastruktura dəyən ziyan haqqında xəbərlərdən dərin narahatlıq hissi keçirirəm. Bütün tərəfləri beynəlxalq insan hüquqları və beynəlxalq humanitar qanunlarına hörmətlə yanaşmağa, xüsusilə də mülki əhali və döyüşlərdə iştirak etməyən insanların müdafiəsini təmin etməyə və vacib mülki infrastruktura zərərin qarşısını almağa çağırıram”.


Etiketlər:  İnsan Hüquqları üzrə Komissarı Dağlıq Qarabağla bağlı bəyanat yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ