Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Politoloq: Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın hərəkətləri beynəlxalq hüquqa uyğundur

Politoloq: Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın hərəkətləri beynəlxalq hüquqa uyğundur

Tarix: 29 Sentyabr 2020 16:32

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hazırkı vəziyyətdə Azərbaycanın hərəkətləri beynəlxalq hüquqa uyğundur.

Bunu Trend-ə qazaxıstanlı politoloq İslam Kurayev deyib.

O bildirib ki, Azərbaycanın bütün addımları beynəlxalq konvensiyalar çərçivəsindədir:

“Azərbaycan öz ərazi bütövlüyü uğrunda, öz ərazisində müharibə aparır, yəni öz suverenliyini müdafiə edir. Qeyd etmək lazımdır ki, beynəlxalq konvensiyalara və beynəlxalq hüquqa əsasən, bu və ya digər dövlətin ərazisində olan başqa ölkənin qoşunları işğalçı qüvvə hesab olunur və öz növbəsində ərazisi zəbt olunan ölkə öz sərhədlərinin müdafiəsi üçün hərbi güc tətbiqi hüququna malikdir”.

Dağlıq Qarabağ münaqişə zonasında baş verən hadisələri şərh edən politoloq qeyd edib ki, Azərbaycan ordusu mühüm uğurlar əldə edir.


Etiketlər:  Politoloq Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın hərəkətləri beynəlxalq hüquqa uyğundur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ