Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın rəqibindən qələbə

''Qarabağ''ın rəqibindən qələbə

Tarix: 2 Iyul 2019 14:48

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, Tirana təmsilçisi Polşanın yüksək liqasında çıxış edən "Krakoviya" klubu ilə qarşılaşıb. Görüş albanların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Lukas Kardoso vurub.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada olacaq və Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab qarşılaşması isə 1 həftə sonra paytaxtımızda keçiriləcək. "Dalğa Arena"dakı görüş yerli vaxtla 21:00-da start götürəcək.
 


Etiketlər:  Qarabağın rəqibindən qələbə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ