Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 13:42
Bakı. Trend:
Azərbaycan torpaqlarını işğal etmiş, Xocalıda soyqırım törətmiş Ermənistan bu gün də bütün dünyanın gözü qarşısında dinc sakinləri hədəf alır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanatında deyilir.
Bəyanatda qeyd olunur: “Qadınlar, uşaqlar və qocalar da daxil olmaqla Xocalıda soyqırım törətmiş, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan bu gün də bütün dünyanın gözü qarşısında günahsız dinc sakinləri hədəf alır. Ermənistan 30 il əvvəl olduğu kimi, bu gün də sülh və sabitliyin düşməni qismində hərəkət edir”.