Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İƏT Parlament İttifaqı Azərbaycanı dəstəkləyir

İƏT Parlament İttifaqı Azərbaycanı dəstəkləyir

Tarix: 30 Sentyabr 2020 15:20

Bakı. Trend:

Milli Məclisin Sədri Sahibə Qafarova 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahli qüvvələri tərəfindən cəbhə xəttində hərbi təxribatların törədilməsi ilə əlaqədar İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Parlament İttifaqına məktub göndərib. İƏT Pİ həmin məktubu öz rəsmi saytında yerləşdirərək Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təxribatları qətiyyətlə pisləyib və bütün üzv dövlətlərin Ermənistanın növbəti təcavüz aktı barədə məlumatlanması üçün şərait yaradıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass Azərbaycan Parlamentinin Spikeri Sahibə Qafarovaya cavab məktubu göndərərək qurumun dəstəyini ifadə edib. Vurğulayıb ki, İƏTPİ müxtəlif konfranslarda qəbul etdiyi bütün qətnamələrində münaqişənin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə istinadən ədalətli həllini həmişə dəstəkləyib.

Məktubda bildirilir ki, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüz və işğal siyasətini qətiyyətlə qınayır, işğalçılara qarşı Azərbaycan Respublikası ilə tam həmrəyliyini bəyan edir.


Etiketlər:  İƏT Parlament İttifaqı Azərbaycanı dəstəkləyir


RƏYLƏR