Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib

Tarix: 30 Sentyabr 2020 20:54

Sentyabrın 29-da Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə telefonla zəng edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, telefon danışığı zamanı Zühtü Arslan Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyərək, Türkiyə Konstitusiya Məhkəməsinin kollektivi adından qardaş Azərbaycanın Vətən uğrunda şəhid olmuş əsgərlərinin, dinc əhalinin erməni işğalçıları tərəfindən qətlə yetirilməsindən kədərləndiyini bildirib və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, Türkiyənin daim Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.

Sədr Fərhad Abdullayev türkiyəli həmkarına təşəkkürünü bildirərək, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu tərəfindən tezliklə azad olunacağına, insanlığa qarşı törədilmiş cinayətlərə görə erməni separatçılarının beynəlxalq hüquqa əsasən məsuliyyət daşıyacaqlarına və azad ediləcək ərazilərdə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpa ediləcəyinə əminliyini bildirib.

Sədr Zühtü Arslan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə səyləri nəticəsində bölgədə ədalətin zəfər çalacağına və qardaş ölkənin ərazi bütövlüyünün tezliklə bərpa olunacağına Türkiyə Konstitusiya Məhkəməsinin bütün hakim korpusunun inamını ifadə edib.


Etiketlər:  Türkiyə Konstitusiya Məhkəməsinin sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib


RƏYLƏR