Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tahir Budaqov: Çoxuşaqlı ailələrin azalma tendensiyası Azərbaycanda da var

Tahir Budaqov: Çoxuşaqlı ailələrin azalma tendensiyası Azərbaycanda da var

Tarix: 2 Iyul 2019 17:00

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda demoqrafik vəziyyət dünyanın əksər ölkələri ilə müqayisədə müsbətdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

T.Budaqov bildirib ki, Azərbaycanda doğum səviyyəsi ölüm səviyyəsindən xeyli yüksəkdir: “Bu da ölkədə əhalinin artımını təmin edir. Ancaq çoxuşaqlı ailələrin azalma tendensiyası Azərbaycanda da var. Ancaq artım davam edir və ona görə də aprel ayında əhalinin sayı 10 milyonu keçib”.

T.Budaqov vurğulayıb ki, Azərbaycanda əhalinin strukturu optimaldır və bu gün dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur, əhali arasında həm gənclərin sayı çoxdur, həm də ömür uzunluğu artır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tahir Budaqov Çoxuşaqlı ailələrin azalma tendensiyası Azərbaycanda


RƏYLƏR