Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 22:27
Soyuq havaların gəlməsi ilə insanların qrip, soyuqdəymə kimi xəstəliklərə yoluxma riski artır. Ona görə də həkimlər uşaqların qripə qarşı peyvənd olunmasını məsləhət görürlər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, həkimlər qrip peyvəndinin 6 aydan yuxarı bütün uşaqlara edilməli olduğunu vurğulayırlar. Həmçinin, peyvəndlə yanaşı, xəstəlikdən qorunmaq üçün ictimai yerlərdən uzaq durmaq və xəstələrlə təmasda olmamaq lazımdır. Bunlarla yanaşı, qidalanma və yuxuya da nəzarət edilməlidir. Həkimlər qeyd edirlər ki, qripin müalicəsində antibiotiklərin yeri yoxdur. Qidalanmağa diqqət edilməli, bol maye qəbulu və istirahət lazımdır.