Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk mediası valideynlərini itirən 2 yaşlı Nilaydan yazdı: ''Anası hamilə imiş'' - FOTO

Türk mediası valideynlərini itirən 2 yaşlı Nilaydan yazdı: ''Anası hamilə imiş'' - FOTO

Tarix: 14 Oktyabr 2020 17:30

"Anadolu" agentliyi işğalçı Ermənistanın Gəncəyə raket atması nəticəsində valideynlərini itirən 2 yaşındakı Nilay Əliyeva ilə bağlı yazı hazırlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yazıda Nilayın dünyasını dəyişən anasının 10 günlük hamilə olduğu qeyd edilib.

"Ermənistanın oktyabrın 11-də raketlərlə vurduğu Gəncə şəhərində 10 mülki şəxs həyatını itirib. Bunun nəticəsində 3 uşaq yetim qalıb. Ana və atasını itirən uşaqlardan biri də 2 yaşındakı Nilaydır. Nilay hücum edilən gecə qaldığı otaqda dağıntılar altından kiçik zədə ilə xilas edilib. Amma atası Adil Əliyev və nənəsi Afaq Əliyeva dağıntılar altında qalıb, dünyasını dəyişdi. Anası Günay Əliyeva 3 saat dağıntı altında qalıb, çıxarılandan sonra xəstəxanada 1 gün müalicə aldı. Amma oktyabrın 12-də vəfat etdi".

Nilayı təsəlli edən xalası Rəna bildirib ki, 6 gün sonra uşağın ad günü olacaq. Bildirib ki, Nilay ağlıyaraq valideynlərini istəyir:

"Anasının yaxın günlərdə gələcəyini deyərək, təsəlli edirik. Bacım 6 ildir ailəlidir. Uşaqları gec oldu. Bacım süni mayalanma etdirib, ana oldu. 10 günlük hamilə olduğunu yeni öyrənmişdi. Bu hadisə olmasaydı, ikinci övladları doğulacaqdı".

Milli.Az


Etiketlər:  Türk mediası valideynlərini itirən yaşlı Nilaydan yazdı Anası hamilə imiş FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ