Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirliyin binasını Azərbaycan bayrağı bəzəyib

Nazirliyin binasını Azərbaycan bayrağı bəzəyib

Tarix: 15 Oktyabr 2020 11:10

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz haqlı savaşında qazandığı zəfərlərlə, torpaqlarının işğaldan azad edilməsi istiqamətində möhtəşəm uğurları ilə yeni qəhrəmanlıq salnaməsi  yazır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, yaşanan Qələbə ruhuna, ölkə əhalisinin yüksək vətənpərvərlik duyğularına töhfə olaraq Nazirliyin binası Azərbaycan bayrağı ilə bəzədilib:

"İşğal altında olan ərazilərimiz düşməndən azad edildikcə, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır və hər birimizə sonsuz qürur hissi bəxş edir. Qələbələrimiz davam edəcək və yaxın zamanda işğaldan azad ediləcək bütün digər doğma yurd yerlərimizdə də bayrağımız yüksələcək! Əbədi müstəqilliyimizin rəmzi olan bayrağımız həmişə ucalarda dalğalansın!"


Etiketlər:  Nazirliyin binasını Azərbaycan bayrağı bəzəyib


RƏYLƏR