Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur'' - Bəxtiyar Məmmədov

''Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur'' - Bəxtiyar Məmmədov

Tarix: 15 Oktyabr 2020 13:18

Metronun şərti adı "B-3" olan stansiyasına şəhid general Polad Həşimovun adının verilməsi ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə çoxsaylı müraciətlər daxil olur.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ictimaiyyət tərəfindən edilən müraciətlər həddindən çoxdur:

"Metropolitenə bu məsələ ilə bağlı müraciətlər həddən artıq çoxdur. Biz əhalinin hisslərini çox gözəl başa düşürük. Lakin onlara da bildirilib ki, bu istiqamətdə "Bakı Metropoliteni" QSC-nin yekun qərar verəcək səlahiyyəti yoxdur. Stansiyaların adlandırılması ilə bağlı məsələlərə nəzarət Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Bu barədə rəsmi olaraq heç bir məlumat yoxdur".


Etiketlər:  Yeni stansiyaya Polad Həşimovun adının verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur Bəxtiyar Məmmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ