Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəbrayıl şəhərindəki ''Dostluq'' bulağı 28 il fərqlə - FOTO

Cəbrayıl şəhərindəki ''Dostluq'' bulağı 28 il fərqlə - FOTO

Tarix: 15 Oktyabr 2020 13:26

Bir neçə gün öncə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Cəbrayıl şəhərində yerləşən "Dostluq" bulağının yeni fotosu yayılıb. 

Sonxeber.net bildirir ki, görüntülər sosial şəbəkədə paylaşılıb.

Fotodan göründüyü kimi "Dostluq" bulağı da digər mədəni və dini abidələr kimi dağıdılıb. 

Təqdim edilən birinci şəkil 28 il əvvəl, digəri isə dünən çəkilib. 

Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də erməni silahlıları tərəfindən işğal edilib. 

Sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb və oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edilib.


Etiketlər:  Cəbrayıl şəhərindəki Dostluq bulağı fərqlə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ