Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 18:24
Bakı metrosunda dezinfeksiya işlərinin gücləndirilməsi və sərnişinlərin mövcud qaydaya riayət etməsi istiqamətində tədbirlər davam etdirilir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizə tədbirləri iki istiqamətdə aparılır:
"Hazırda nəzarət tədbirləri gücləndirilib. Ən vacib məsələlərdən biri dezinfeksiya tədbirlərinin tam qaydalara uyğun şəkildə aparılmasıdır. Cari dövrdə sərnişin axını nəzərə alınaraq, dezinfeksiya tədbirlərimiz daha da intensivləşdirilib. Sərnişinlər sosial məsafəyə riayət etməyə dəvət olunur".