Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Azərbaycana hər hansı bir başqa ölkənin silahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadan mümkün deyil

Prezident İlham Əliyev: Azərbaycana hər hansı bir başqa ölkənin silahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadan mümkün deyil

Tarix: 15 Oktyabr 2020 20:18

Azərbaycana hər hansı bir başqa ölkənin silahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadan mümkün deyil.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində Qarabağ probleminin həllində Türkiyənin iştirakının vacibliyindən danışarkən səsləndirib.

Dövlət başçısı bildirib:

"Sülhməramlı qüvvələrin bölgəyə gətirilməsi baza prinsiplərində təsbit olunub. Yəni, baza prinsipləri arasında bu da var. Amma bu məsələ prosesin son mərhələsində öz həllini tapmalı idi. Nəzərə alsaq ki, baza prinsipləri razılaşdırılmayıb, hələ ki, onlar, sadəcə olaraq, müzakirə mövzusudur, indidən bu məsələyə fikir bildirmək, bilmirəm, nə dərəcədə düzgün ola bilər.

Bir də ki, bu məsələ Ermənistan-Azərbaycan arasında geniş müzakirə olunmadığı üçün sülhməramlı qüvvələrin kimdən təşkil edilməsi, hansı ölkələr orada olmalıdır, bunun tərkibi necə olacaq, bu, heç müzakirə olunmayıb. Ona görə indiki şəraitdə - münaqişənin fəal mərhələsi hələ ki, davam edir, bu, hesab edirəm ki, bir qədər tezdir. Əlbəttə ki, bu işdə Azərbaycanın sözü mütləq nəzərə alınmalıdır və alınacaq. Çünki hər kəs bilməlidir ki, bu gün münaqişə Azərbaycanın torpaqlarında gedir. Beynəlxalq hüquq baxımından bu, bizim torpağımızdır, tarixi ədalət baxımından bu, bizim torpağımızdır və Azərbaycana hər hansı bir başqa ölkənin silahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadan mümkün deyil".


Etiketlər:  Prezident İlham Əliyev Azərbaycana hər hansı başqa ölkənin silahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadan mümkün deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ