Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 10:32
Azərbaycan ordusunun şücaəti sayəsində Füzuli və Xocavənd rayonun bir sıra kəndləri düşmən tapdağından azad olunub.
Sonxeber.net bildirir ki, kəndləri işğaldan azad olunan sakinlər sevincini "XəzərXəbər" mikrofonuna danışıblar. Hər iki rayondan olan məcburi köçkünlər doğma yurdlarına ayaq basacaqları günü səbrsizliklə gözlədiklərini bildiriblər.
"Bu xəbər eşidəndə sevincimdən ağladım.Şad xəbəri bütün qohumlarla paylaşdım. Hər kəs bir birini təbrik etdi. Bu sözləri Füzuli rayonunun işğaldan azad olunan Xatun bulaq kəndinin sakini Nadir Rüstəmov deyib.Bildirib ki, kəndlərinə ayaq basacağı günü səbrsizliklə gözləyir.
Rüstəmovlar ailəsi bildirir ki, Ordumuz işğal altındakı bir sıra strateji yüksəklikləri, kəndləri azad edib. Ailə Erməni vəhşiliklərini bir gün belə olsun unutmayıb. Bildirirlər ki, düşmənə ən gözəl cavab qələbədir.
Füzulinin işğaldan azad olunan Qarakollu və Qaradağlı kənd sakinləri də Ordumuzun düşmən üzərində olan üstünlüyündən qürurlandıqlarını bildirirlər.
Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri də işğaldan azad edilib. Xocavənd sakinləri bildirir ki, həsrətini çəkdiyimiz dədə-baba torpağımız düşmən tapdağından azad olunub. Bu hissləri bizə yaşatdıqlarına görə igid Vətən oğullarına minnətdarıq.
Bəli, bugünkü zəfərlərimiz bütün Azərbaycanı sevindirir. Ordumuzun əzmkarlığı sayəsində çox yaxında, üçrəngli bayrağımız Qarabağda dalğalanacaq!