Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 11:42
Gigiyena və Epidemologiya mərkəzləri təhsil müəssisələrini nəzarətdə saxlayır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrinin İdaəretmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, mərkəz koronavirus ocaqları olan müəssisələrin hamısına nəzarət edir: "Təhsil və digər müəssisələrdə virus alovlanırsa, həmin müəssisə nəzarətə götürülür və o barədə tədbir görülür. Kursaların davam etdirilməsinə gəlincə isə, hazırda kurslara gedən şagirdlər böyük yaşlılardır və onların maskadan istifadə etməsi mümkündür.
Biz tövsiyə etmişdik ki, azyaşlı şagirdlər maskadan istifadə etməsin. Amma yuxarı siniflərin maska istifadəsi üçün heç bir problem yoxdur. Ona görə də kurslarda gigiyenik qaydalara və tibbi maskadan istifadəyə nəzarət olmalıdır".