Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirsa qarşı peyvənd Azərbaycana nə zaman gətiriləcək? - TƏBİB aydınlıq gətirdi

Koronavirsa qarşı peyvənd Azərbaycana nə zaman gətiriləcək? - TƏBİB aydınlıq gətirdi

Tarix: 16 Oktyabr 2020 12:06

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan koronavirusa qarşı peyvəndin hazırlanması ilə bağlı dünyada gedən prosesləri yaxından izləyir və bununla bağlı çoxtərəfli və ikitərəfli platformalarda iştirak edir.

Trend-in məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, dünyada bir neçə peyvənd namizəd kimi təsdiq olunub, lakin onların insanlarda istifadəsi zamanı hansısa mənfi məqamlar ortaya çıxıb.

O qeyd edib ki, hələki dünyada elə bir vaksin yoxdur ki, bütün mərhələləri bitsin və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunsun: “Belə bir vaksin olacaqsa, biz onu gətirən birinci ölkələrdən olacağıq”.

Rusiyada istehsal olunan peyvəndlərin Azərbaycana gətirilməsi məsələsinə toxunan Y.Qarayeva bildirib ki, Rusiyada istehsal olunan peyvəndlər də namizəd peyvəndlər siyahısındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir: “Əgər beynəlxalq təşkilatlar tərəfindən tam təsdiq olunarsa, Azərbaycan onların da gətirilməsi barədə düşünə bilər”.


Etiketlər:  Koronavirsa qarşı peyvənd Azərbaycana zaman gətiriləcək TƏBİB aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ