Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 12:36
Bakı. Samir Əli - Trend:
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.
Bu barədə Trend-ə K.Əliyev özü məlumat verib. O bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Hazırda idarənin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat yoxdur.