Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubada nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib (FOTO)

Qubada nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib (FOTO)

Tarix: 16 Oktyabr 2020 16:46

Bakı. Samir Əli - Trend:

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə Quba rayonunda nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov və digər idarə rəhbərləri iştirak ediblər.

İctimai iaşə obyektlərində, mağazalarda, qapalı məkanlarda sosial məsafənin təmin edilməsi, tibbi maskadan istifadənin zəruriliyi ilə bağlı sakinlərlə profilaktik maarifləndirici söhbətlər aparılıb, məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilib, qanunun tələbləri izah edilib.

Reyd zamanı təyin olunmuş qaydaları pozan sahibkarlar və rayon sakinləri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb.

Qubada nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib (FOTO) - Gallery Image Qubada nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib (FOTO) - Gallery Image Qubada nəzarət profilaktik-maarifləndirmə tədbirləri keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Qubada nəzarət profilaktik maarifləndirmə tədbirləri keçirilib FOTO


RƏYLƏR