Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil

Prezident İlham Əliyev: Artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil

Tarix: 16 Oktyabr 2020 18:42

Prezident İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində Ermənistan tərəfindən mülki şəxslərə edilən hücumlara Qərbin səssiz qalmasına münasibət bildirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bu barədə danışarkən deyib: "Biz bunu birinci Qarabağ savaşında gördük. Ermənistan bizə təcavüz etdi, Ermənistan bizim torpaqlarımızı işğal etdi, Ermənistan bizim xalqımıza qarşı soyqırımı törətdi, ancaq sanksiyalar Azərbaycana tətbiq edildi. O zaman - 1992-ci ildə, 1993-cü ildə Qərb mətbuatında belə bir təsəvvür yarandı ki, sanki Azərbaycan işğalçıdır, Azərbaycan təcavüzkardır, Ermənistan isə bu təcavüzün qurbanıdır".

Azərbaycan Prezidenti qeyd edib ki, bu gün bunu az miqdarda, az həcmdə görürük: "Çünki artıq həqiqəti danmaq, gizlətmək mümkün deyil.


Etiketlər:  Prezident İlham Əliyev Artıq həqiqəti danmaq gizlətmək mümkün deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ