Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni əsirlərə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videoların saxta olması müəyyənləşib - Baş Prokurorluq

Erməni əsirlərə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videoların saxta olması müəyyənləşib - Baş Prokurorluq

Tarix: 16 Oktyabr 2020 18:48

Bakı. Samir Əli - Trend:

Son günlər bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını, o cümlədən guya azərbaycanlı həkimlərin yaralılara qarşı laqeyd münasibət göstərmələrini əks etdirən videogörüntülər yayılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, erməni əsirlərinə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolarla əlaqədar araşdırma aparılararaq onların saxta olması müəyyən edilib:

"Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır.

Videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə, o cümlədən cəmiyyətimizə heç bir aidiyyəti yoxdur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən vətəndaşlarımızdan dövlətimiz üçün həssas və şanlı olan bu dövrdə ayıq-sayıq olmaqla təxribat xarakterli yayılmış videoların ictimailəşdirilməməsi, o cümlədən mobil tətbiqlər vasitəsilə yaymamaq xahiş olunur".


Etiketlər:  Erməni əsirlərə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videoların saxta olması müəyyənləşib Baş Prokurorluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ