Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan hərbi cinayətlərinə görə cavab verəcək'' - Şamil Ayrım

''Ermənistan hərbi cinayətlərinə görə cavab verəcək'' - Şamil Ayrım

Tarix: 17 Oktyabr 2020 09:18

Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlərinə görə cavab verəcəkdir.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Onun sözlərinə görə, dinc yaşayış məntəqələrinin atəşə tutulması bir soyqırım aktından və Ermənistanın Azərbaycan əhalisinə qarşı davam edən etnik təmizləmə aktından başqa bir şey deyil. O qeyd edib ki, dünya birliyi, xüsusən də BMT dövlət səviyyəsində terror siyasəti aparan Ermənistanı dayandırmalıdır:

"Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı etdiyi hərəkətlərə görə dünya birliyindən layiqli cavab alacağına inanırıq".

Qeyd edək ki, Ermənistan hücumu nəticəsində Gəncədə 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


Etiketlər:  Ermənistan hərbi cinayətlərinə görə cavab verəcək Şamil Ayrım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ