Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 09:36
Ermənistan hərbçiləri Azərbaycanın mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutmaqla vandallıq edir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Gəncə şəhərində ermənilərin raket atəşinə tutması nəticəsində dağılan ərazidə olan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir nbildirib ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir: "İkinci mərmi evə düşüb. Evdə iki azyaşlı uşaq və 1 qadın olub. Uşaqlar sağ-salamat xilas edilsə də, ana təcili tibbi yardım avtomobilində dünyasını dəyişib".
Nazir bildirib ki, Gəncənin digər raket düşən ərazisində axtarış-xilasetmə işləri davam edir: "Həmin ərazidə 10-dan artıq ölən var, yaralılar çoxdur. Raketlər Ermənistan ərazisindən atılıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Əhali yaşayan yerlərə raket zərbələri endirirlər ki, mülki insanlar həlak olsun. Raket atılan ərazidə heç bir hərbi obyekt yoxdur. Əhalinin sıx yaşadığı ərazidir. Bu, ermənilərin vandalizmidir. Azərbaycan Ordusu qətiyyətli irəliləyiş edir. Ali Baş Komandan həqiqətən də tarix yazır. Ermənilər də buna görə dinc sakinlərdən qisas almağa çalışır".
K.Heydərov bildirib ki, dağılan evlər yenidən bərpa olunacaq və ərazidə yeni evlər tikiləcək.