Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 20:10
Bakı. Trend:
Mülki əhalini bombalamaq beynəlxalq humanitar hüquqa qarşı çıxmaqdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Ermənistanın Gəncə şəhərinə ballistik raket zərbəsi endirməsini və azərbaycanlı mülki əhaliyə hücumlarını qınamaqdadır.
Trend xəbər verir ki, bu ifadələr Türk Şurasının rəsmi internet səhifəsində yer alıb. Bildirilir ki, Ermənistan israrlı hücumlarını dayandırmalı, işğalçı qüvvələrini geri çəkməlidir.
Paylaşıma Gəncədə törədilən erməni terrorunun acı izlərini əks etdirən fotolar da əlavə olunub.