Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 02:00
Bakı. Trend:
Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ön cəbhədə döyüşən əsgərlərimizə mənəvi dəstək göstərmək, ruh yüksəkliyini artırmaq məqsədilə aksiya xarekterli videoçarx hazırlanıb.
Qalereyadan Trend-ə bildirilib ki, videoçarxda Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Səlhab Məmmədov, heykəltəraş Akif Əsgərov, Əməkdar rəssam Azad Əliyev, Vüqar Muradov, Anar Hüseynzadə, Milena Nəbiyeva, gənc rəssam Nigar Familsoy, Həcər Əliyeva, Aysel Nağıyeva Azərbaycan əsgərlərinə döyüşlərdə göstərdikləri rəşadət və qələbələrinə görə təşəkkür ediblər.