Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağız yaxalayıcı koronavirusa qarşı - Virus yükünü azaldır

Ağız yaxalayıcı koronavirusa qarşı - Virus yükünü azaldır

Tarix: 19 Oktyabr 2020 07:21

Ağız gigiyenası üçün nəzərdə tutulmuş vasitələr ağız boşluğunda, hətta boğazdakı mikrobları 90% öldürür.

Dezinfeksiyaedici məhlul pandemiya zamanı da virusdan qorunmaq üçün kömək edə bilər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, alimlər bu vasitənin koronavirusa təsirini araşdırıblar.

Hələ ki, bu araşdırma nəzəriyyədir, təcrübədən keçirilməyib.

Məlumdur ki, covid virusu yağ lipid təbəqəsi ilə örtülüb. Bu təbəqə virusa uzun müddət yaşamaq imkanı verir.

Əllərdə bu təbəqəni sabunla yuma aparır.

Virusun üst membranı quru havaya, istiliyə, dezinfeksiyaedici, yuyucu maddələrə qarşı həssasdır.

Spirttərkibli gigiyenik vasitələr əllərdə virusu zərərsizləşdirə bilirsə, deməli, eyni tərkibli ağız yaxalayıcıları da virusun bu baryerini parçalaya bilər.

Sübut olunub ki, belə qatı olan istənilən viruslar - qrip, herpes və koronavirus ağızyaxalayıxcı məhlulların təsirindən zəifləyir.

İnsanın boğazı, ağız boşluğu və tüpürcəyi yoluxma mənbəyidir. Ona görə əllər kimi, bu hissələr də ciddi dezinfeksiya olunmalıdır. Bu işdə ağızyaxalayıcılar effektivdir.


Etiketlər:  Ağız yaxalayıcı koronavirusa qarşı Virus yükünü azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ