Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 12:12
Qarabağdakı döyüşlərdə yaralanan erməni əsgərləri döyüşlərə geri qayıtmaqdan imtina edirlər.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında professor Mels Mkrtumyan bildirib.
Onun sözlərinə görə, erməni əsgərləri müharibə dəhşətindən qorxublar və bu səbəbdən hərbi hospitallara əlavə olaraq psixoloqlar göndərilib:
"Hərbçilərin danışdıqlarından belə anlamaq olur ki, onlar bu anları həyatlarından silə bilməyəcəklər. Onlar dəhşət və qorxu içindədirlər".
Psixoloq qeyd edib ki, hazırkı vəziyyət 90-cı illərdən tam fərqlidir: "Ordunun psixoloji vəziyyəti gərgindir. Onların bir çoxu müharibənin dəhşətindən xilas olmaq üçün sıralara qayıtmaqdan qəti şəkildə imtina edirlər".