Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 12:44
Bakı. Trend:
UNICEF Dağlıq Qarabağ münaqişəsi nəticəsində uşaqların ölümündən narahatlığını ifadə edib.
Trend-in məlumatına görə, qurum döyüş əməliyyatlarının uşaqlara vurduğu ziyanı dəhşətli və qəbuledilməz adlandırıb:
“Həlak olan və yaralanan uşaqların sayının artması ilə yanaşı onlarla ev və məktəb də ziyan çəkib”.
UNICEF tərəfləri qəti şəkildə humanitar atəşkəs rejiminə əməl etməyə çağırır:
“Uşaqlar, ailələr və onların asılı olduğu mülki infrastruktur müdafiə altında olmalıdır. Döyüş əməliyyatlarının dərhal dayandırılması bütün uşaqların maraqlarına cavab verir”.