Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir - Hikmət Hacıyev

Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir - Hikmət Hacıyev

Tarix: 19 Oktyabr 2020 15:45

Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Oktybarın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq bir qədər sonra münaqişə zonasında yerləşən Gəncə şəhərində mülki əhali atəşə tutulub. Burada hərbi hədəf yox idi. Sadəcə onlar bilərəkdən dinc vətəndaşları qətlə yetirmək üçün həmin əraziləri atəşə tutublar".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən, sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub: "Onlar Gəncədə böyük vəhşilik törədib. Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalsiinə qarşı terror aktları həyata keçirir. Bununla onlar xalqımızın iradəsini qıra bilməyib. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə davam edir. İkinci dəfə oktyabrın 18-də humanitar atəşksə razılaşmasına baxmayaraq Ermənsitan öz xislətini göstərəərək yenidən mülki əhalimizi atəşə tutub. Bu, Ermənistanın terrorçuluq mahiyyətini ortaya qoyur".


Etiketlər:  Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir Hikmət Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ