Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib

Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib

Tarix: 19 Oktyabr 2020 18:12

Bakı. Trend:

Norveçin Tronheym şəhərində koronavirusun bu ölkədə müşahidə olunmamış mutasiyası aşkar edilib.

Trend-in məlumatına görə, 16-18 oktyabr tarixləri arasında şəhərdə 8 nəfərdə virusun yeni mutasiyası tapılıb.

Hazırda həmin virusun əvvəlki növlərdən daha çox yoluxucu olub-olmaması araşdırılır.

Qeyd edək ki, ötən sutka ərzində Norveçdə 88 nəfər yoluxub, ümumi yoluxanların sayı 16 456 nəfərə çatıb. Bu günədək ölkədə 278 nəfər koronavirusun qurbanı olub.


Etiketlər:  Norveçdə koronavirusun yeni mutasiyası aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ