Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 19:08
Bakı. Trend:
Türkiyənin Şanlıurfa vilayətində suriyalı tayfaların nümayəndələri etiraz aksiyası keçirib.
Trend-in məlumatına görə, suriyalılar Dağlıq Qarabağda davam edən münaqişədə Ermənistan qoşunlarının tərkibində YPG terror təşkilatından olan kürdlərin iştirakına etiraz edib.
Aksiya zamanı tayfa liderlərinin nümayəndəsi Həsən Duqaym səsləndirdiyi bəyanatda bildirib ki, əvvəllər Liviya münaqişəsində də iştirak etmiş kürd silahlıları indi Azərbaycana qarşı döyüşürlər.