Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2020 13:16
Bakı. Ləman Zeynalova - Trend:
Mən Azərbaycanda tez-tez olan bir qonaq kimi Gəncə, Tərtər, Beyləqan və digər şəhərlərə ölümcül zərbələr barədə xəbərlərdən dəhşətə gəldim.
Bunu Trend-ə Böyük Britaniya baş nazirinin Azərbaycandakı ticarət elçisi baronessa Emma Nikolson deyib.
O, zərbələr nəticəsində ölən və yaralananlar, eləcə də evləri dağılan insanlara görə dərin təəssüf hissi keçirdiyini deyib:
“Mən Tərtərdə açılmış uşaq tədris mərkəzinin işçilərinin təxliyə olunmalı olduğunu eşidəndə sarsıntı keçirdim. İmkan yaranan kimi, Böyük Britaniya münaqişədən əziyyət çəkən uşaqlara köməyini bərpa edəcək”.